Malayziya və daha 3 ölkədə soydaşlarımız üçün “qaynar xətt” yaradılıb

Malayziya və daha 3 ölkədə soydaşlarımız üçün “qaynar xətt” yaradılıb Malayziyanın ən böyük rəsmi mətbu orqanlarından olan BERNAMA xəbər agentliyi COVID-19 pandemiyası ilə əlaqədar bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iş rejiminə dair keçirdiyi sorğu barədə geniş material dərc edib.
Xarici siyasət
19 Mart , 2020 06:48
Malayziya və daha 3 ölkədə soydaşlarımız üçün “qaynar xətt” yaradılıb

Malayziyanın ən böyük rəsmi mətbu orqanlarından olan BERNAMA xəbər agentliyi COVID-19 pandemiyası ilə əlaqədar bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iş rejiminə dair keçirdiyi sorğu barədə geniş material dərc edib.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, respublikamızın bu ölkədəki səfiri Qaley Allahverdiyev agentliyin suallarını cavablandıraraq, diplomatik korpus tərəfindən görülən işlərə dair məlumat verib.

Azərbaycan diplomatı Malayziyadakı səfirliyimizin bu ölkə ilə yanaşı, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda akkreditə olunduğunu, həmin ölkələrdə yaşayan və ya müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşları ilə bağlı yarana biləcək məsələləri həll etmək üçün səfirliyin konsulluq xidmətinin xüsusi rejimdə işlədiyini və bu məqsədlə 24 saat açıq olan “Qaynar xətt”in (+6017 2398943) yaradıldığını bildirib.

Q.Allahverdiyev həmçinin səfirliyin sosial media hesabları vasitəsilə qeyd olunan ərazilərdəki Azərbaycan vətəndaşları ilə təmas qurulduğunu diqqətə çatdırıb.

Diplomat səfirliyin gündəlik iş prosesində Malayziya Hökumətinin 18 martdan tətbiq etdiyi Hərəkət Nəzarəti Rejimindən irəli gələn məhdudiyyətlərin və bu çərçivədə Malayziya Xarici İşlər Nazirliyinin müvafiq tövsiyələrinin nəzərə alındığını vurğulayıb.

Qeyd edək ki, Malayziyanın Baş Naziri Muhyiddin Yassin COVID-19 pandemiyası ilə mübarizə məqsədilə bir sıra məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutan Hərəkət Nəzarəti Rejimi adlı xüsusi sərəncam imzalayıb. Sərəncam martın 31-dək qüvvədə olacaq. 

Son xəbərlər

Orphus sistemi