Yuxarı
    Bağlamaq

    Maksim Kuryaçiy: "Ukrayna güclü, sabit və çiçəklənən Azərbaycanın mövcudluğunda maraqlıdır"

    Bu gün Azərbaycan Xəzər və Qafqaz regionunda böyük oyunçudur

    Bakı. 21 fevral. REPORT.AZ/ "Ukrayna güclü, sabit və çiçəklənən Azərbaycanın mövcudluğunda maraqlıdır".

    "Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasının Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

    "Bu gün Azərbaycan Xəzər və Qafqaz regionunda böyük oyunçudur, iri boru kəməri layihələrində, Azərbaycan qazının Avropaya nəqlinin təmin etmək üzrə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində mühüm iştirakçıdır" - M.Kuryaçiy bildirib.

    Onun sözlərinə görə, ölkələr energetika və hərbi-sənaye kompleksi sahələrində sıx əməkdaşlıq edir və hüquqi-saziş bazası 131 sənədi özündə cəmləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi