"Makronun Fransada diktatura rejimi qurduğu bütün platformalarda bəyan edilməlidir" - RƏY

"Makronun Fransada diktatura rejimi qurduğu bütün platformalarda bəyan edilməlidir" - RƏY “Artıq açıq formada Fransanın demokratik dəyərləri istismar edən müstəmləkəçi bir subyekt, Emmanuel Makron iqtidarının isə insan haqları və beynəlxalq hüququ ayaqlar altına atan antidemokratik diktatura rejimi olduğu bütün platformalarda bəyan edilməlidir
Xarici siyasət
6 Dekabr , 2023 17:36
Makronun Fransada diktatura rejimi qurduğu bütün platformalarda bəyan edilməlidir - RƏY

“Artıq açıq formada Fransanın demokratik dəyərləri istismar edən müstəmləkəçi bir subyekt, Prezident Emmanuel Makron iqtidarının isə insan haqları və beynəlxalq hüququ ayaqlar altına atan antidemokratik diktatura rejimi olduğu bütün platformalarda bəyan edilməlidir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Yeni Kaledoniyada qanuni peşə fəaliyyətini həyata keçirən AZƏRTAC əməkdaşının zorakılığa məruz qalması, təhdid edilməsi və ölkədən deportasiya olunması Fransanın media, fikir və söz azadlığına, o cümlədən demokratiya, insan haqlarına münasibətdə bəyanatlarında nə qədər riyakar və ikiüzlü olduğunu bir daha nümayiş etdirib: “AZƏRTAC-ın əməkdaşı Yeni Kaledoniyada Fransanın müstəmləkəçilik və kolonizasiya siyasətinə etiraz olaraq təşkil olunan aksiyaları işıqlandırıb. Azərbaycandan olan media mənsubunun Yeni Kaledoniyada cərəyan edən proseslərə marağı təbiidir. Çünki 21-ci əsrdə hələ də müstəmləkə altında olan xalqların mübarizə tarixində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan xüsusi rol oynayıb, ilk dəfə olaraq məhz təşkilatın sədri kimi Prezident İlham Əliyev tərəfindən beynəlxalq təsisatlar çərçivəsində onlara öz haqlarını tələb etmək üçün müvafiq platforma verilib, həmçinin konkret olaraq Fransanın müstəmləkə siyasəti ilə mübarizə məqsədilə Bakı Təşəbbüs Qrupu təşkil edilib”.

B.Məhərrəmov vurğulayıb ki, bu, müasir beynəlxalq münasibətlər sistemində yeni səhifə, müstəmləkəçiliklə mübarizə istiqamətində isə tam fərqli mərhələ demək olduğu üçün media mənsublarının, xüsusən Bakı Təşəbbüs Qrupunun hərəkətverici qüvvəsi kimi çıxış edən Azərbaycanı təmsil edən jurnalistlərin prosesə marağı təbiidir.

Deputat qeyd edib ki, dünyanın müxtəlif bölgələrində, proseslərin ən qaynar nöqtələrində jurnalistlərin öz peşə fəaliyyətini yerinə yetirməsi müasir medianın təməl haqqıdır: “Məhz bu haqların kölgəsində, "azad media" pərdəsi altında Fransa özü dünyaya dərs keçməyə iddia etdiyi halda, Parisə bağlı beynəlxalq təsisatların jurnalistlərin qanuni fəaliyyətinə müdaxilənin yolverilməz olması barədə təntənəli bəyanatları fonunda Emmanuel Makron hakimiyyətinin azərbaycanlı jurnalistin peşə fəaliyyətinə kobud müdaxilə etməsi, bu ölkənin maraqlarına uyğun olmayan xəbər və görüntülərin yayılmaması üçün təzyiqlər göstərməsi beynəlxalq cinayətdir və prosesdə hərəkətsizlik qəbuledilməzdir.

Maraqlıdır ki, Azərbaycanda cinayət qanunvericiliyinin konkret maddələri üzrə əməlləri törətməkdə təqsirləndirilən şəxslərin cinayət təqibini siyasiləşdirən və nəlbəkidə fırtına qoparan beynəlxalq jurnalist təşkilatları Fransanın bu cinayəti - antimedia zorakılığı qarşısında susur. Bu onu göstərir ki, media və jurnalist azadlığından dəm vuran beynəlxalq təsisatların çoxu əslində muzdla tapşırıq yerinə yetirən satılmış subyektlərdir. Əlbəttə, qlobal təsisatların "kor, kar və lal üç meymunu" oynaması, Azərbaycana selektiv münasibət hələ bizim Fransanın antidemokratik davranışları qarşısında susacağımız, geri çəkiləcəyimiz anlamına gəlməməlidir”.

B.Məhərrəmov söyləyib ki, Parisin qeyri-demokratik davranışları BMT və ATƏT başda olmaqla, qlobal təsisatlara olduğu kimi sənədləşdirilərək kommunikasiya edilməlidir: “BMT-nin Baş katibi Antonio Quterreş bir neçə il öncə Dünya Mətbuat Azadlığı Günündə bəyan etmişdi ki, "Heç bir demokratiya şəffaf və inamlı informasiyaya əlçatımlıq olmadan tam deyil". Bu mənada, hesab edirik ki, Fransanın Yeni Kaledoniyada azərbaycanlı jurnalistə münasibətdə yolverilməz davranışları məhz informasiya əldə etmək hüququ qarşısında Fransanın rəsmi qurumları, xüsusən güc strukturlarının zorakı davranışları kontekstdən qiymətləndirilməlidir. O cümlədən də ATƏT-in media azadlığı üzrə aidiyyəti strukturları, habelə Azərbaycanda "mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı" uydurma hesabatlar yayan "müstəqil" təşkilatlar baş verənləri və Fransanın davranışlarını öz adı ilə çağırmağa borcludur”.

Son xəbərlər

Orphus sistemi