Makedoniyada Azərbaycan güşəsi böyük maraqla qarşılanıb

Makedoniyada Azərbaycan güşəsi böyük maraqla qarşılanıb Makedoniyada 19 ölkə və 4 beynəlxalq təşkilatla əlaqələrin qurulmasının 20 illiyi qeyd olunub
Xarici siyasət
20 Oktyabr , 2015 20:32
Makedoniyada Azərbaycan güşəsi böyük maraqla qarşılanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Skopye şəhərində Makedoniya ilə 19 ölkə və 4 beynəlxalq təşkilat arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Türkiyənin Bakıdaki səfirliyindən "Report"a bildiriblər ki, yubiley tədbirində Azərbaycan, Səudiyyə Ərəbistanı, Rumıniya, Moldova, Hindistan, Estoniya, Antiqua və Barbuda, İran, Liviya, Ukrayna, Sinqapur, Qazaxıstan, Monqolustan, Litva, ABŞ, Yunanıstan, Avstraliya, İsrail və Omanın nümayəndələri, eləcə də NATO, Avropa Şurası, ATƏT və Ümumdünya Turizm Təşkilatının təmsilçiləri iştirak ediblər. Tədbirdə həmçinin digər ölkə və beynəlxalq təşkilatların Skopye şəhərindəki nümayəndəliklərinin təmsilçiləri, Makedoniya hökumətinin rəsmiləri, biznes və media dairələrinin, eləcə də müxtəlif dərnəklərin mənsubları qatılıblar.

Tədbir zamanı Azərbaycanın Türkiyədə, eyni zamanda Makedoniyada akkreditə olunmuş səfirliyi tərəfindən tərtib edilib və Azərbaycan-Makedoniya bayraqları ilə bəzədilmiş guşədə ölkəmizin turizm potensialı, mətbəxi, xalçaçılıq sənəti, musiqi alətləri və digər sənətkarlıq nümunələrini təqdim edən, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar, bröşür və xəritələr nümayiş etdirilməklə yanaşı, tədbir iştirakçılarına paylanıb.

Qeyd edək ki, tədbir zamanı müxtəlif ölkələrin guşələrinə baxış keçirən Makedoniyanın xarici işlər naziri Nikola Poposki Azərbaycan guşəsini də ziyarət edib və nümayiş etdirilən materiallarla tanış olub.

Nazir səfirliyin nümayəndəsi ilə söhbətində Makedoniyanın Azərbaycan kimi ağrılı tarixə malik olduğunu qeyd edib və bu bənzər tarixin hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını ifadə edib.

Nazir həmçinin, Makedoniyanın Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verdiyini, xüsusilə də TANAP və TAP layihələri tamamlandıqdan sonra ölkəsinin bu layihələr vasitəsilə daşınacaq enerji resurslarından yararlanmaq niyyətini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi