Yuxarı
    Bağlamaq

    Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"

    XİN başçısı: Azərbaycan və Cənubi Afrika 7 memorandum imzalamağa hazırdır

    Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycan və Cənubi Afrika bir sıra sahələr, o cümlədən aviadaşınma sahəsi üzrə 7 memorandum imzalamağa hazırdır".

    "Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabene brifinqdə deyib.

    Xanım nazir həmçinin Cənubi Afrikanın Azərbaycanla diplomatik məsləhətləşmələrin dövlətlərarası səviyyəyə qədər artırılmasında maraqlı olduğunu qeyd edib: "Bu səfərin müsbət nəticələri var. Bu nəticələr üzərində işi davam etdirmək lazımdır".

    Jurnalistlərin sualını cavablandıran M.Nkoane-Maşabane Cənubi Afrikanın Bakıda diplomatik missiya açmağı planlaşdırdığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi