Yuxarı

Mahmud Məmmədquliyev QDİƏT-in XİN başçılarının Soçidəki görüşündə iştirak edəcək

Görüşdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyul ayının 1-də Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirlərinin görüşünə qatılacaq.

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək, eləcə də QDİƏT-də Rusiyanın sədrliyinin yekunları müzakirə ediləcək.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi