Mahmud Məmmədquliyev: "Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər"

Mahmud Məmmədquliyev: "Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər" "Ermənistanın Azərbaycana qarşı etdiyi bu təcavüz ölkənin inkişafında əsas maneələrdən birinə çevrilib"
Xarici siyasət
24 Oktyabr , 2017 20:23
Mahmud Məmmədquliyev: Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Ermənistan nə qədər tez anlayıb ordusunu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartsa, bir o qədər bunun regiona faydası olar".

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı etdiyi bu təcavüz ölkənin inkişafında əsas maneələrdən birinə çevrilib: "Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi qətnamələr yerinə yetirilmir".

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. 

Son xəbərlər

Orphus sistemi