Mahmud Məmmədquliyev Nikosiya və İstanbulda keçiriləcək iclaslarda Azərbaycanı təmsil edəcək

Mahmud Məmmədquliyev Nikosiya və İstanbulda keçiriləcək iclaslarda Azərbaycanı təmsil edəcək İstanbulda QDİƏT XİN başçılarının toplantısı keçiriləcək
Xarici siyasət
18 May , 2017 12:13
Mahmud Məmmədquliyev Nikosiya və İstanbulda keçiriləcək iclaslarda Azərbaycanı təmsil edəcək
Report

Sofiya. 18 may. REPORT.AZ/ Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sabah yunan Kiprinin paytaxtı Nikosiyada keçirikəcək 127-ci sessiyasında təmsil olunacaq. 

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

O qeyd edib ki, Kiprdən Türkiyəyə gedəcək və mayın 21-də İstanbulda baş tutacaq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak edəcək. “Bolqarıstandan Nikosiyaya yola düşəcəm və orada keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında iştirak edəcəm. Daha sonra İstanbula gedəcəm. Orada təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısına qatılacam”.

Qeyd edək ki, mayın 22-də QDİƏT-nin yaradılmasının 25 illiyi münasibətilə dövlət başçılarının zirvə toplantısı keçiriləcək. Hazırda təşkilata Türkiyə sədrlik edir.

Xatırladaq ki, M.Məmmədquliyev “Bolqarıstan-Azərbaycan: diplomatik əlaqələrin 25 ili. İkitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlığın perspektivləri” adlı konfransda iştirak etmək məqsədilə Bolqarıstana səfər edib. 

Son xəbərlər

Orphus sistemi