Mahmud Məmmədquliyev Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək

Mahmud Məmmədquliyev Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək Görüş sentybarın 8-də Tallində keçiriləcək
Xarici siyasət
7 Sentyabr , 2017 14:49
Mahmud Məmmədquliyev Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək
Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev / Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Estoniyanın paytaxtı Tallinində səfərdədir.

"Report" Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, M.Məmmədquliyev sentyabrın 8-də Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

İclas Estoniyanın Aİ-dəki sədrliyi tərəfindən təşkil edilib.

Görüş zamanı iştirakçılar noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi