Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib

Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
22 May , 2020 15:18
Mahmud Abbas Azərbaycan Prezidentini təbrik edib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.

Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi