Yuxarı

​Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Bundan əvvəl İmre Laslotski Macarıstanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri İmre Laslotski Bakıya gəlib. "Report" xəbər verir ki, səfir Azərbaycanın xarici işlər naziri və dövlət başçısına etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasının icrasına başlayacaq.

İ.Laslotski bu vəzifədə Jolt Çutoranı əvəz edəcək.

Hazırkı təyinata qədər İ.Laslotski Macarıstanın Qazaxıstandakı səfiri vəzifəsində çalışıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi