Macarıstanın yeni səfiri: "Azərbaycan regiondakı ən vacib iqtisadi tərəfdaşımızdır"

Macarıstanın yeni səfiri: "Azərbaycan regiondakı ən vacib iqtisadi tərəfdaşımızdır" Viktor Şederkenyi: "Əməkdaşlığımızı bütün mümkün sahələrdə genişləndirmək üçün əlimdən gələni edəcəyəm"
Xarici siyasət
28 Sentyabr , 2017 16:04
Macarıstanın yeni səfiri: Azərbaycan regiondakı ən vacib iqtisadi tərəfdaşımızdır

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycan Macarıstanın regiondakı ən vacib iqtisadi tərəfdaşıdır".

Bunu "Report"a müsahibəsində Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Viktor Şederkenyi deyib.

Səfir bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq olduqca müxtəlifdir, lakin iqtisadi komponent öz potensialına uyğun deyil: "Rəsmi statistikaya görə, ötən il Azərbaycan ilə ticarət dövriyyəsi 60 milyon ABŞ dolları təşkil edib. Cari trend müsbətdir, amma bu rəqəmlər siyasi əlaqələrimizin intensivliyinə uyğun gəlmir. Bundan əlavə, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın müntəzəm görüşləri, müntəzəm B2B forumlar, eləcə də Bakıda Macarıstan Ticarət Evinin fəaliyyəti ticarət əlaqələrimizin genişləndirilməsi üçün imkan yaradır. "WizzAir" tərəfindən paytaxtlarımız arasında həyata keçirilən birbaşa uçuşlar da əməkdaşlığın inkişafına yardım edəcək".

V.Şederkenyi həmçinin Azərbaycan və Macarıstan arasında Prezident İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı imzalanmış strateji əməkdaşlıq haqqında saziş olduğunu xatırladıb: "Siyasi əlaqələrimiz çox yaxşı səviyyədədir. Buna əsasən, əməkdaşlığımızı bütün mümkün sahələrdə genişləndirmək üçün əlimdən gələni edəcəyəm".

Son xəbərlər

Orphus sistemi