Macarıstanın XİN başçısı: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq”

Macarıstanın XİN başçısı: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq” "Biz həmçinin Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsi üçün sazişin yekun imzalanmasının da vacibliyini bildirmişik"
Xarici siyasət
10 İyul , 2020 09:19
Macarıstanın XİN başçısı: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq”
Macarıstanın Xarici işlər naziri Piter Siyarto
0 : 00
0 : 00

“Azərbaycan gələcəkdə Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Macarıstanın Xarici işlər naziri Piter Siyarto Gürcüstanın Birinci kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı hərəkətlər çox əhəmiyyətlidir: “Mən bu təşəbbüslə bağlı dostlarımıza bir neçə təklif vermişəm. Bu təkliflərə Belarusa qarşı sanksiyaların ləğv olunmasıdır. Çünki tərəfdaşlıq və sanksiyalar bir yerdə işləmir. Biz həmçinin Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsi üçün sazişin yekun imzalanmasının da vacibliyini bildirmişik”.

Qeyd edək ki, P.Siyarto bu günlərdə Gürcüstanda rəsmi səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi