Macarıstan XİN rəhbəri: "Azərbaycanda dini müxtəlifliyə hörmət edir və onu dəyərləndirirlər"

Macarıstan XİN rəhbəri: "Azərbaycanda dini müxtəlifliyə hörmət edir və onu dəyərləndirirlər" Şərq Tərəfdaşlığı layihəsinə daxil olan altı ölkənin hər biri üçün fərdi yanaşma lazımdır.
Xarici siyasət
29 Mart , 2019 10:40
Macarıstan XİN rəhbəri: Azərbaycanda dini müxtəlifliyə hörmət edir və onu dəyərləndirirlər
Report/ Elchin Murad
0 : 00
0 : 00

"Şərq Tərəfdaşlığı" layihəsinə daxil olan altı ölkənin hər biri üçün fərdi yanaşma lazımdır".

"Report" xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ADA Universitetində mühazirəsində deyib.

"Çünki onların hər birinin özünün gələcəklə bağlı baxışları və lokal xüsusiyyətləri var. Məsələn, xristian və müsəlman ölkələri var. Amma onu da bilirik ki, Azərbaycanda dini müxtəlifliyə hörmət edir və onu dəyərləndirirlər. Dini icmaların hər biri öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirir", - P.Siyarto bildirib.

"Şərq Tərəfdaşlığı" Proqramı 2009-cu ildə Avropa ttifaqıİ tərəfindən yaradılıb. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafıdır.

Son xəbərlər

Orphus sistemi