Yuxarı
    Bağlamaq

    Macarıstan xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

    Jolt Çutora Bakutel sərgisini ziyarət edəcək

    Bakı. 28 noyabr. REPORT.AZ/ Macarıstanın xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora Azərbaycana səfər edəcək.

    Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

    Səfər zamanı J.Çutora "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisini ziyarət edəcək, eləcə də Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, daha əvvəldən əldə olunmuş razılıqların nə dərəcədə həyata keçirildiyi müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi