Bakı. 4 mart. REPORT.AZ/ Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto mart ayında Azərbaycana səfər edəcək.
Bu barədə "Report"a Macarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, nazir Bakıya martın 5-də gələcək.
O, martın 6-da Azərbaycan-Macarıstan biznes forumunda iştirak edəcək. Forumda 60-dan çox Macarıstan şirkətinin iştirakı gözlənilir.