NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını Macarıstan səfirliyi yerinə yetirəcək

NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını Macarıstan səfirliyi yerinə yetirəcək Rumıniya səfirliyinin müvafiq mandatı dekabr ayında sona çatacaq
Xarici siyasət
11 Oktyabr , 2016 16:33
NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını Macarıstan səfirliyi yerinə yetirəcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Macarıstanın Bakıdakı səfirliyi rotasiya əsasında gələn ildən etibarən NATO-nun Azərbaycandakı koordinatoru funksiyasını yerinə yetirəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, Rumıniya səfirliyinin müvafiq mandatı bu ilin dekabr ayında sona çatacaq.

Xatırladaq ki, Rumıniyanın Azərbaycandakı səfirliyi 2009-cu ildən bəri 4 dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi vəzifələrini icra etmək mandatı alıb.

Son xəbərlər

Orphus sistemi