Macarıstan Prezidenti Azərbaycana başsağlığı verib

Macarıstan Prezidenti Azərbaycana başsağlığı verib "Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".
Xarici siyasət
28 Yanvar , 2023 20:16
Macarıstan Prezidenti Azərbaycana başsağlığı verib

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".

"Report" xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak tviterdə paylaşım edib.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - Macarıstan Prezidenti bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi