Mahir Məmmədov: “20 Yanvarda Azərbaycan xalqının milli şüurunda görünməmiş oyanış baş verdi”

Mahir Məmmədov: “20 Yanvarda Azərbaycan xalqının milli şüurunda görünməmiş oyanış baş verdi” Tbilisi. 18 yanvar. REPORT.AZ/ “1990-cı il yanvarın 20-də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi görünməmiş həddə çatmışdı”.
Xarici siyasət
18 Yanvar , 2019 21:31
Mahir Məmmədov: “20 Yanvarda Azərbaycan xalqının milli şüurunda görünməmiş oyanış baş verdi”

Tbilisi. 18 yanvar. REPORT.AZ/ “1990-cı il yanvarın 20-də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi görünməmiş həddə çatmışdı”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə deyib.

O bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıya soxulması nəticəsində 131 nəfər qətlə yetirilib, 700-dən çox insan isə yaralanıb:

“Azərbaycan və Gürcüstanda 20 yanvar 1990-cı ildə Bakıda və 9 aprel 1989-cu ildə Tbilisidə törədilmiş qanlı qırğınlar bir zəncirin həlqələri kimi nəzərdən keçirilir. Həmin günlərdə hər iki xalqın milli şüurunda görünməmiş oyanış baş verdi. Azadlıq və müstəqillik uğrunda xalq mübarizəsi geniş vüsət aldı”.

M.Məmmədov Azərbaycan və Gürcüstanın indiki nəslinin müstəqil ölkələrdə yaşadıqlarını və gələcəyə böyük nikbinliklə baxdıqlarını qeyd edib:

“Biz çox da uzaq olmayan keçmişdə müstəqilliyimiz uğrunda canlarından keçmiş şəhidləri hər zaman yadda saxlamalıyıq. Əminəm ki, Azərbaycan və Gürcüstan müstəqillik uğrunda mübarizələrini davam etdirəcəklər və ərazi bütövlüklərinin bərpasına nail olacaqlar”.

Son xəbərlər

Orphus sistemi