Lvov parlamenti sədrinin Naxçıvana səfəri gözlənilir

Lvov parlamenti sədrinin Naxçıvana səfəri gözlənilir Lvov vilayət Radasının (yerli parlament) sədri İrina Qrimakın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri gözlənilir.
Xarici siyasət
145
21 Oktyabr , 2021 13:10
Lvov parlamenti sədrinin Naxçıvana səfəri gözlənilir

Lvov vilayət Radasının (yerli parlament) sədri İrina Qrimakın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri gözlənilir.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna müsahibəsində İ. Qrimak bildirib.

O deyib ki, artıq bu istəkləri barədə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət ediblər:

“Vilayət Radası olaraq Lvov vilayəti və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı tərəfdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək təşəbbüsü ilə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişik. İndi qarşılıqlı səfərlərə və yeni ikitərəfli qarşılıqlı faydalı təşəbbüslərə hazırlaşırıq”, - parlament sədri vurğulayıb.

Səfərin tarixi ilə bağlı İ. Qrimak bildirib ki, hazırda rəsmi dəvəti gözləmə mərhələsindəyik.

Son xəbərlər

Orphus sistemi