Yuxarı
    Bağlamaq

    Lüksemburqda "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

    Aİ və proqrama daxil ölkələrinin XİN başçıları Şərq tərəfdaşlığı sammitinə hazırlıqla məşğul olacaq

    Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 19-da Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramı üzrə nazirlər səviyyəsində iclas keçiriləcək.

    "Report" xəbər verir ki, Avropa İttifaqı və bu proqrama daxil ölkələrinin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıqla məşğul olacaqlar.

    Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.

    Əlavə edək ki, "Şərq tərəfdaşlığı"nın 4-cü sammiti 2015-ci il mayın 21-22-də Riqada keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi