Aleksandr Lukaşenko: "Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır"

Aleksandr Lukaşenko: "Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır" Belarus prezidenti Azərbaycan baş nazirinin müavini ilə görüşüb
Xarici siyasət
10 Mart , 2015 15:55
Aleksandr Lukaşenko: Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır

Bakı. 10 mart. REPORT.AZ/ Belarus Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır. "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubovla görüşü zamanı bildirib. 

"Biz sizə, sizin ölkənizə, rəhbərliyinizə çox inanırıq və sizinlə bütün istiqamətlərdə əməkdaşlıq etməyə hazırıq", - Belarus prezidenti qeyd edib. 

A.Lukaşenko vurğulayıb ki, Azərbaycan və Belarus yaranan bütün problemli məsələləri uğurla həll ediblər. Belarus prezidenti Azərbaycanla ticarət əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib. O xatırladıb ki, Azərbaycanda Belarus traktorları, yük maşınları, liftlər və s. avadanlıqların istehsalı  üzrə birgə müəssisələr fəaliyyət göstərir. 

O, Azərbaycan tərəfinə ölkəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Yaqub Eyyubov öz növbəsində qeyd edib ki, Belarus dövlət başçısı Azərbaycan xalqına böyük dəyər verir: "Belarus hər kəsi cəlb edən ölkədir. Siz bir rəhbər kimi nümayiş etdirdiniz ki, xalqın içindən çıxmısınız, xalqsız ola bilmirsiniz, öz həyatınızı bütövlüklə xalqınıza həsr edirsiniz". 

Y.Eyyubov Belarus dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, göstərilən iqtisadi, siyasi dəstəyə və qardaş, dost, həmçinin qonşuluq münasibətinə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi