​Lukaşenko Azərbaycan prezidentini Qələbə günü münasibəti ilə təbrik edib

​Lukaşenko Azərbaycan prezidentini Qələbə günü münasibəti ilə təbrik edib Belarus prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Xarici siyasət
8 May , 2016 11:03
​Lukaşenko Azərbaycan prezidentini Qələbə günü münasibəti ilə təbrik edib

Bakı. 8 may. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Belarusun dövlət başçısı Böyük Vətən müharibəsində Qələbə gününün bayramedilməsi ərəfəsində Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna prezidentlərinə təbrik məktubu ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi