“Los Angeles Times” qəzetinin ispandilli versiyası Bakı haqında məqalə dərc edib

“Los Angeles Times” qəzetinin ispandilli versiyası Bakı haqında məqalə dərc edib Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində Bakı haqqında geniş məqalə dərc edilib.
Xarici siyasət
10 Sentyabr , 2018 09:35
“Los Angeles Times” qəzetinin ispandilli versiyası Bakı haqında məqalə dərc edib
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində Bakı haqqında geniş məqalə dərc edilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundən "Report"a daxil olan məlumata görə, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los- Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən artmaqdadır.

“Bakı: Xəzər Dənizinin zinət tacı” başlıqlı məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək, ölkənin inkişafı, Bakının əsrarəngiz gözəllliyi, görməli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir. A.Masiel səfərdən öncə Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirərək, sözügedən səfərin onun bütün baxışlarını dəyişdiyini və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən məmnun olduğunu vurğulayır.

A.Masiel ölkəmizdə müsəlmanlar, yəhudilər, ortodoks xristianları və katoliklər də daxil olmaqla, müxtəlif dinlərə mənsub insanların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin sözlərini qeyd edir: “Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib.”

Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün “kəşf” etməyə dəvət edir. 

Son xəbərlər

Orphus sistemi