Yuxarı
    Bağlamaq

    Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib

    Kimsəsiz və evsiz-eşiksiz sakinlər üçün süfrə açılıb

    Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan xeyriyyə aksiyası keçirilib.

    Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, aksiyada bu şəhərdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, isti yeməklər paylanıb.

    Baş konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və baş konsulluğun əməkdaşları Los-Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

    Tədbirdən öncə N.Ağayev “Los-Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb. H.Smit rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin xatirəsilə bağlı baş konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına artıq ikinci dəfə evsahibliyi etdiyini, bu aksiyanın Los-Ancelesdə gözəl bir ənənəyə çevrildiyini və nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Təşkilat rəhbəri vurğulayıb ki, bu gün Azərbaycan növbəti dəfə yoxsul və kimsəsiz insanlara qucaq açaraq, onlara isti münasibət və qayğıkeşlik göstərir və bir çoxlarına gözəl bir nümunə olur.

    Baş konsul Nəsimi Ağayev deyib ki, Heydər Əliyev Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub gedib və mərhum ümummilli liderin əvəzsiz xidmətləri xalqımızın qəlbində daim yaşayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi