Alan Yarrou: "Böyük Britaniya Azərbaycana iqtisadi sahədə apardığı işlərdə dəstək göstərməyə hazırdır"

Alan Yarrou: "Böyük Britaniya Azərbaycana iqtisadi sahədə apardığı işlərdə dəstək göstərməyə hazırdır" "Zənnimcə, I Avropa Oyunları da Azərbaycanda uğurla keçəcək"
Xarici siyasət
2 İyun , 2015 19:31
Alan Yarrou: Böyük Britaniya Azərbaycana iqtisadi sahədə apardığı işlərdə dəstək göstərməyə hazırdır

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan və Böyük Britaniya bir-birilərinə yaxın dövlətdir və ölkələr arasında sıx əlaqələr mövcuddur". "Report"un verdiyi məlumata görə, bu sözləri London şəhərinin Lord meri Alan Yarrou keçirilən mətbuat konfransında deyib.

A.Yarrou xatırladıb ki, hazırda Azərbaycanda 5 minədək Britaniya vətəndaşı işləyir, enerji sahəsində müxtəlif Britaniya şirkətləri fəaliyyət göstərir.

"London Olimpiadası çox uğurla keçdi. Zənnimcə, I Avropa Oyunları da Azərbaycanda uğurla keçəcək", - A.Yarrou deyib.

O qeyd edib ki, Böyük Britaniya Azərbaycana iqtisadi sahədə apardığı işlərdə dəstək göstərməyə hazırdır.

Alan Yarrou neft ölkələrində yaranmış "neft lənətinə" qalib gəlməyin vacibliyini qeyd edib və əminliklə bildirib ki, Azərbaycanın təcrübəsi və konstruktiv yanaşma bu məsələdə yardımçı olaraq ölkənin beynəlxalq aləmdə daha da tanınmasına kömək edəcək. 

Son xəbərlər

Orphus sistemi