Londonda Suriya üzrə donor konfrans başlayır

Londonda Suriya üzrə donor konfrans başlayır "Suriya və regiona dəstək" konfransında Azərbaycan Prezidenti də iştirak edəcək
Xarici siyasət
4 Fevral , 2016 14:27
Londonda Suriya üzrə donor konfrans başlayır

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Londonda Suriya üzrə "Suriya və regiona dəstək" adlı donor konfrans başlayır. "Report"un məlumatına görə, konfrans Böyük Britaniya, Almaniya, Küveyt, Norveç, Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşır.

Konfransda 70-ə yaxın dünya ölkələrinin liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniyanın baş naziri Devid Kemerona və Almaniya kansleri Angela Merkel iştirak edəcək.

Proqrama əsasən, konfransın birinci hissəsində humanitar, təhsil və Suriyadakı münaqişədən əziyyət çəkənlərin səhiyyə problemləri müzakirə olunacaq. İkinci hissədə isə iştirakçılar iqtisadi inkişaf məsələlərini və qaçqınlar üçün yeni iş yerləri yaradılması barədə müzakirələr aparacaq.

Görüş iştirakçıları, həmçinin bu ölkəyə dəstək məqsədilə təqdim edilən yeni böyük həcmli maliyyə vəsaitləri ilə bağlı problemləri nəzərdən keçirmək niyyətindədirlər.

Eyni zamanda konfransın gedişində Suriyadakı vəziyyəti sabitləşdirmək üçün beynəlxalq əməkdaşlıq barədə razılıq əldə ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi