Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Prezident İlham Əliyevi təbrik edib.
Xarici siyasət
29 May , 2022 09:09
Liviya Prezident Şurasının sədri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Son xəbərlər

Orphus sistemi