Litvanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Litvanın XİN rəhbəri Azərbaycana səfər edəcək Bakıda Azərbaycan-Litva dövlətlərarası komissiyanın iclası keçiriləcək
Xarici siyasət
20 Oktyabr , 2014 16:11
Litvanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 21-də Litvanın xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfərə gələcək. Bu barədə "Report" Litvanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir. 

İkigünlük səfər çərçivəsində Litvanın XİN rəhbərinin Azərbaycanın prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. 

Oktyabr ayının 22-də nazir Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Litva dövlətlərarası komissiyanın iclasının işində iştirak edəcək.  

Elə həmin gün Azərbaycanın paytaxtında iki ölkənin işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə biznes-forum keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi