Azərbaycanla Litva arasında hüquq sahəsində əməkdaşlıq davam edir. Biz bundan çox məmnunuq.
Bunu "Report"a açıqlamasında Litvanın baş prokuroru Nida Qrunskiene deyib.
O bildirib ki, tərəflər arasında əməkdaşlığa təkan verən bir sıra sənədlər imzalanıb:
"Ümid edirik ki, əməkdaşlığımız daha da inkişaf edəcək. Biz bundan məmnun olarıq".