Litva xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Litva xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb Litva XİN rəhbərinin Bakıda həmçinin Litva tatarlarına həsr olunmuş sərginin açılışında iştirak edəcəyi gözlənilir
Xarici siyasət
28 Aprel , 2021 16:56
Litva xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb
Qabrielius Landsbergis

Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis aprelin 29-da Azərbaycana səfər edəcək.

Litvanın Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, iki günlük səfər zamanı Q.Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramov, habelə iqtisadiyyat naziri, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarovla görüşəcək.

Litva XİN rəhbərinin Bakıda həmçinin Litva tatarlarına həsr olunmuş sərginin açılışında iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi