Litva Jurnalistlər İttifaqının sədr müavini Azərbaycan xalqından üzr istəyib

Litva Jurnalistlər İttifaqının sədr müavini Azərbaycan xalqından üzr istəyib Onun adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılıb
Xarici siyasət
9 İyun , 2016 11:05
Litva Jurnalistlər İttifaqının sədr müavini Azərbaycan xalqından üzr istəyib

Bakı. 9 iyun. REPORT.AZ/ Litva Respublikasının vətəndaşı, Litvanın Jurnalistlər İttifaqının sədr müavini, “Alkas” internet portalının redaktoru Audrys Antanaitis Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məktubunda A.Antanaitis cari ilin 7-10 may tarixlərində operator Arunas Sartanaviçyus ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qeyri-qanuni səfər etdiyini və səfər barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edərək, səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis, ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib.

A.Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi