Lidinqton: "Böyük Britaniya və Azərbaycan arasında möhkəm ikitərəfli əlaqələr var"

Lidinqton: "Böyük Britaniya və Azərbaycan arasında möhkəm ikitərəfli əlaqələr var" Londonda Azərbaycan XİN başçısının müavini və Britaniyanın Avropa məsələləri üzrə naziri arasında görüş keçirilib
Xarici siyasət
12 Fevral , 2016 17:07
Lidinqton: Böyük Britaniya və Azərbaycan arasında möhkəm ikitərəfli əlaqələr var

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Londonda Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüş keçirib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər geniş əhatəli məsələləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramını, Suriya və Ukraynadakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Həmçinin, insan hüquqları və idarəetmə məsələləri üzrə dialoq da aparılıb.

Görüşdə D.Lidinqton Böyük Britaniya və Azərbaycan arasında möhkəm ikitərəfli əlaqələrin olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi