Örl Litzenberqer: "ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir"

Örl Litzenberqer: "ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir" "ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır. Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik".
Xarici siyasət
157
27 Oktyabr , 2021 14:34
Örl Litzenberqer: ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir
Örl Litzenberqer

"ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır. Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik".

"Report"un Qərb bürosu xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara töhfəsini versin”, - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi