Yuxarı
    Bağlamaq

    Leyla Əliyeva: "Azərbaycan tolerantlıq, yeni ideyalar və dialoq ölkəsidir"

    Heydər Əliyev Fondunun vitse-prezidenti sabitlik və davamlı sülhün təmin edilməsi üçün mədəni dialoqun vacibliyini qeyd edib

    Bakı. 25 aprel. REPORT.AZ/ "Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik və Şərqlə Qərbin kəsişməsində yerləşən, qərb tərəqqili ölkədir".

    "Report" xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən gənclər forumunun açılışında deyib.

    L.Əliyeva Azərbaycanın zəngin mədəniyyətini və ölkənin tolerantlığını xüsusi vurğulayaraq, İpək Yolu marşrutu çərçivəsində Azərbaycanın mühüm rolunu qeyd edib. "Azərbaycan tolerantlıq, yeni ideyalar və dialoq ölkəsidir", - deyə o, bildirib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın zəngin mədəniyyəti ilə yanaşı, zəngin təbiətə malik olduğunu xatırladaraq, ölkədə 11 iqlim qurşağından 9-nun mövcudluğunu, bunun sayəsində də diversifikasiya və müxtəlifliyin təmin edildiyini qeyd edib.

    L.Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi vurğulayıb ki, bu gün dünyada hər 4 saniyədə 1 insan aclıqdan dünyasını dəyişir və onların əksəriyyəti uşaqlardır. BMT-nin dünyada aclığın aradan qaldırılması üçün bir sıra proqramlar həyata keçirdiyini söyləyən L.Əliyeva bu problemi həll etmək üçün hər kəsi birləşməyə çağırıb: "Heç bir uşağın aclıqdan ölməməsi üçün səylə çalışmaq lazımdır".

    O, sabitlik və davamlı sülhün təmin edilməsi üçün mədəni dialoqun vacibliyini də qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi