Dumanın komitə sədri: "Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə nümunəvi dövlətlərdir"

Dumanın komitə sədri: "Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə nümunəvi dövlətlərdir" Bu gün Azərbaycanda mədəniyyətlərarası dialoqu gündəlik həyatda görmək mümkündür.
Xarici siyasət
7 May , 2019 13:12
Dumanın komitə sədri: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə nümunəvi dövlətlərdir

"Bu gün Azərbaycanda mədəniyyətlərarası dialoqu gündəlik həyatda görmək mümkündür". 

Bunu "Report"un yerli bürosuna açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, bu gün Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə nümunəvi dövlətlərdir: "Biz gərək bir-birimizi eşidək və tanıyaq, mədəniyyətlərarası dialoqdan istifadə edək. Müasir Azərbaycan buna nümunədir. Prezident İlham Əliyev müasir Azərbaycanda həqiqətən buna nail olub. Rusiyalı siyasətçi kimi demək istərdim ki, dünyada sabitlik və əmin-amanlıq mədəniyyətlərarası dialoqdan aslıdır". 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi