Leonid Kalaşnikov: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli vəziyyət yaranıb”

Leonid Kalaşnikov: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli vəziyyət yaranıb” Hazırkı şərait Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişlidir.
Xarici siyasət
25 Dekabr , 2023 12:58
Leonid Kalaşnikov: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli vəziyyət yaranıb”

Hazırkı şərait Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişlidir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.

“Düşünürəm ki, hazırda Ermənistan və Azərbaycan həqiqətən də sülh sazişinin imzalanmasının bir addımlığındadır. Belə deyək, baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün istiqamətdə cərəyan edib. Bu məsələ ilə bağlı yalnız üç regional qonşu razılaşmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən hər zaman bu barədə danışmışam. Heç vaxt Qarabağ üzrə ATƏT-in Minsk qrupuna inanmamışam, burada həmsədrlər bizdən başqa ABŞ və Fransadır. Onlar bu istiqamətdə kiçik addım belə atmadılar”, - o vurğulayıb.

Rusiyalı deputat qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır, çünki onlar qonşu ölkələrdir. İrəvandakı revanşizm tərəfdarlarından danışan L.Kalaşnikov deyib ki, Qarabağ məsələsi bağlanıb və indi bunu gündəmə gətirməyin mənası yoxdur.

Son xəbərlər

Orphus sistemi