Latviyanın sabiq Prezidenti Valdis Zatlers Bakıdadır

Latviyanın sabiq Prezidenti Valdis Zatlers Bakıdadır Sabiq prezident ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək
Xarici siyasət
12 İyun , 2015 03:28
Latviyanın sabiq Prezidenti Valdis Zatlers Bakıdadır

Bakı. 12 İyun. REPORT.AZ/ İyunun 12-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Son xəbərlər

Orphus sistemi