Yuxarı

Latviyanın sabiq ​prezidenti: "Beynəlxalq ictimaiyyət hazırkı şəraitdə dondurulmuş münaqişələri tənzimləmək iqtidarında deyil"

20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesində heç biq irəliləyiş yoxdur

Riqa. 20 may. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət hazırkı şəraitdə dondurulmuş münaqişələri tənzimləmək iqtidarında deyil.

Bunu "Report"un suallarına cavab verən Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberq bildirib. 

"Mən qorxuram ki, beynəlxalq ictimaiyyətin dondurulmuş münaqişələrin həllinə dair mövqeyi çox zəifdir. Hələ müstəqilliyin əldə olunmasından bəri Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri ilə vəziyyətin düzəldilməsi üçün yaradılan ATƏT-in Minsk qrupu mövcuddur. Bu münaqişənin həllinə cəlb olunan ölkələr var, lakin 20 ildən artıq vaxt keçib və vəziyyət dəyişməz olaraq qalır, onun həlli prosesində heç bir irəliləyiş yoxdur", - Latviyanın sabiq prezidenti qeyd edib.

O xatırladıb ki, Dnestryanı və Gürcüstandakı münaqişələrin həllində də müəyyən irəliləyiş əldə olunmayıb. 

Onun sözlərinə görə, Ukraynada digər ölkə tərəfindən işğal müşahidə olunur və bunu təsdiq edən çoxsaylı dəlillər var. 

"Rusiyanın BMT Təhlükəsizlik Şurasında daimi üzv olduğu andan biz BMT-nin bu cür vəziyyətləri həll edəcəyinə ümid edə bilmərik.

Qorxuram ki, 2015-ci ildə beynəlxalq ictimaiyyət dondurulmuş münaqişələrin həlli üçün bir o qədər də yaxşı formada deyil. Buna görə də ölkələrdən biri BMT Təhlükəsizlik Şurasında veto hüququna malikdir", -  Vike-Freyberq bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi