Latviyanın sabiq prezidenti: "Azərbaycan çox qeyri-sabit regionda sabitliyini qorumağı bacarıb"

Latviyanın sabiq prezidenti: "Azərbaycan çox qeyri-sabit regionda sabitliyini qorumağı bacarıb" "IV Qlobal Bakı Forumu gənc liderlərin çıxışı üçün yaxşı platformadır"
Xarici siyasət
11 Mart , 2016 17:53
Latviyanın sabiq prezidenti: Azərbaycan çox qeyri-sabit regionda sabitliyini qorumağı bacarıb

Bakı. 11 mart. REPORT.AZ/ "Azərbaycan çox qeyri-sabit regionda sabitliyini qorumağı bacaran geostrateji baxımdan mühüm ölkədir".

Bunu "Report"a açıqlamasında Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bildirib.

O, həmçinin əsasən müsəlman əhalinin yaşadığı Azərbaycanın tolerantlıq siyasətini ölkənin gündəlik həyatının mühüm hissəsinə çevirməyi bacardığını qeyd edib. Xanım Vike-Freyberqanın sözlərinə görə, digər müsəlman ölkələrdən fərqli olaraq, Azərbaycanda qadınlar daha sərbəstdirlər.

IV Qlobal Bakı Forumunun yekunlarını dəyərləndirən Nizami Gəncəvi Mərkəzinin həmsədri bildirib ki, Forum gənc liderlərin çıxışı, eləcə də dünyanın daha da yaxşılaşdırılmasına qatqı vermək üçün əhəmiyyətli məsələlərin müzakirəsi üçün yaxşı platformadır.

O, forumda səsləndirilən fikirlərin bütün dünyaya çatdırılacağına əmin olduğunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi