Yuxarı

Vayra Vike-Freyberqa: Avropa dondurulmuş münaqişələr üzərində işləməlidir

Riqada bir sıra Avropa ölkələrinin keçmiş dövlət və hökumət başçılarının müşavirəsi keçirilir

Riqa. 20 may. REPORT.AZ/ Bu gün siyasi gündəliyin mərkəzində Ukraynanın olmasına baxmayaraq, Avropa Gürcüstan, Azərbaycan və Moldovada dondurulmuş münaqişələr üzərində işləməlidir.

"Report" xəbər verir ki, bu barədə Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa jurnalistlərə açıqlamasında bildirib.

"Ukrayna, əlbəttə ki, ən mərkəzdədir. Orada qan tökülür, beynəlxalq qanunlar kobud şəkildə pozulub, lakin digər ölkələrdə də - Azərbaycan, Gürcüstan və Moldovada itirilmiş torpaqlar - dondurulmuş münaqişələr var. Avropa inkişaf etmək üçün onların həlli üzərində işləməlidir", – deyə o vurğulayıb.

Qeyd edək ki, 19-20 may tarixlərində Riqada bir sıra Avropa ölkələrinin keçmiş dövlət və hökumət başçılarının müşavirəsi keçirilir. Görüşlər zamanı əsas müzakirə olunan məsələlərdən biri Ukraynadakı vəziyyət olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi