Latviyanın baş naziri: "XİN rəhbərləri Şərq Tərəfdaşlığı sammitinin yekun sənədinin mətnini razılaşdırıb" - ƏLAVƏ OLUNUB

Latviyanın baş naziri: "XİN rəhbərləri Şərq Tərəfdaşlığı sammitinin yekun sənədinin mətnini razılaşdırıb" - ƏLAVƏ OLUNUB Laymdota Strayuma görüşün yüksək səviyyədə uğurla başa çatacağına ümidvar olduğunu bildirib
Xarici siyasət
22 May , 2015 12:33
Latviyanın baş naziri: XİN rəhbərləri Şərq Tərəfdaşlığı sammitinin yekun sənədinin mətnini razılaşdırıb - ƏLAVƏ OLUNUB

Bakı. 22 may. REPORT.AZ/ Şərq Tərəfdaşlığı sammitinin yekun sənədinin mətni Aİ və proqram iştirakçıları ölkələrinin xarici işlər nazirləri tərəfindən razılaşdırılıb. "Report" xəbər verir ki, bu barədə sammitin işində iştirak edən Latviyanın baş naziri Laymdota Strayuma bu gün jurnalistlərə bildirib. 

L.Strayuma görüşün yüksək səviyyədə uğurla başa çatacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki, dünən xarici işlər nazirləri yekun qətnamə mətninin razılaşdırıldığını bildiriblər. 

L.Strayuma vurğulayıb ki, sammitdə miqrasiya, iqtisadi və ticari əlaqələr kimi məsələlər müzakirə olunacaq. 

"Şərq Tərəfdaşlığı proqramı əməkdaşlıq naminə yaradılıb və heç kimə qarşı yönəlməyib" , - Latviyanın baş naziri qeyd edib. 

Xatırladaq ki, bu gün Riqada IV Şərq Tərəfdaşlığı sammitinin plenar sessiyası keçiriləcək. 

Sammit iştirakçıları Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsi, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcəklər.

Azərbaycanı sammitdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

2009-cu ildə Praqada fəaliyyətə başlayan Şərq Tərəfdaşlığı proqramı Aİ-nin 6 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşması məqsədini daşıyır.

Son xəbərlər

Orphus sistemi