Yuxarı
    Bağlamaq

    Latviyanın Bakıdakı səfirliyində səfirin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq

    Başsağlığı kitabı bu gün saat 16.00-dan 18.00-a qədər və sabah saat 10.00-dan 13.00-a qədər açıq olacaq

    Bakı. 7 aprel. REPORT.AZ/ Latviyanın Azərbaycandakı səfirliyində səfir Hardijs Baumanisin ölümü ilə əlaqədar başsağlığı kitabı açılacaq. Bu barədə "Report"a Latviyanın Azərbaycandakı səfirliyindən bildiriblər. 

    Məlumata əsasən, başsağlığı kitabı bu gün saat 16.00-dan 18.00-a qədər və sabah saat 10.00-dan 13.00-a qədər açıq olacaq.

    Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis aprelin 6-da Bakıda vəfat edib. 47 yaşlı diplomatın ölüm səbəbi sağlamlığında olan problemlərlə əlaqədardır. 

    H.Baumanis 2010-cu il sentyabr ayından Latviyanın Azərbaycandakı səfiri olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi