Latviyalı deputat: "Azərbaycan hökuməti pandemiya ilə bağlı operativ tədbirlər görüb"

Latviyalı deputat: "Azərbaycan hökuməti pandemiya ilə bağlı operativ tədbirlər görüb" "Dövlətlər qarşısında hazırda birinci şərt insansların həyatıdır"
Xarici siyasət
7 İyul , 2020 12:13
Latviyalı deputat: Azərbaycan hökuməti pandemiya ilə bağlı operativ tədbirlər görüb
Jiqimantas Pavilenis
0 : 00
0 : 00

“Dünya bu gün yeni sınaq ərəfəsində, yeni mərhələnin başlanğıcındadır. Hazırda dünya ölkələri, o cümlədən də Latviya bu sınaqdan postpandemiya dövrü üçün maksimum pozitiv hədəflərlə çıxmağa çalışır".

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Jiqimantas Pavilenis deyib.

Onun sözlərinə görə, beynəlxalq müqayisə aparılsa demək olar ki, Azərbaycan postpandemiya dövrünə hazırlıqlı gedir: 

"Əsasən iqtisadi göstəriciləri və pandemiyadan maksimum itkisiz yayınmaq üçün görülən tədbirləri hesablasaq Azərbaycanın nəinki keçmiş SSRİ ölkələri arasında, Avropanın da bir sıra ölkələri ilə müqayisədə nümunəvi proseslərin müəllifi olduğunu gördük”.

O qeyd edib ki, hazırda bəşəriyyət ciddi bəla ilə üz-üzədir: “Dövlətlər qarşısında hazırda birinci şərt insanların həyatıdır. Azərbaycandakı göstəricilərə nəzər salsaq, biz statistikaya əsaslanırıq, insan itkisinin azlığına görə deyə bilərik ki, ilk onluqdadır. Təbii ki, buna səbəb yerli hökumətin gördüyü operativ tədbirlərdir”.

Deputat qeyd edib ki, artıq Latviyada yoluxma sayı aşağı düşür və karantin şərtləri getdikcə azaldılır:

“Buna baxmayaraq biz ikinci dalğadan da ehtiyatlanırıq. COVID-19 ilə bağlı ikinci dalğadan nəinki biz, dünya sığortalanmayıb” - deyə, J. Pavilenis bildirib.

Seym üzvü deyib ki, pandemiya dövrü ölkələr arasında, o cümlədən Latviya-Azərbaycan münasibətlərində iqtisadi əlaqələrdə təsir göstərsə də, diplomatik münasibətlər daha da dinamikləşib:

“Bz mütəmadi olaraq Azərbaycan parlamentinin üzvləri ilə də təmas edirik. Hesab edirəm bu təmaslar postpandemiya dövründə əlaqələrimizdəki itkiləri maksimum kompensasiya edəcək”.

Son xəbərlər

Orphus sistemi