Latviya XİN başçısı: "Şərq Tərəfdaşlığı proqramının differensiallaşmasına ehtiyac var"

Latviya XİN başçısı: "Şərq Tərəfdaşlığı proqramının differensiallaşmasına ehtiyac var" "Bu proqram heç kəsə qarşı yönəlməyib"
Xarici siyasət
15 May , 2015 20:33
Latviya XİN başçısı: Şərq Tərəfdaşlığı proqramının differensiallaşmasına ehtiyac var

Bakı. 15 may. REPORT.AZ/ "Riqada Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçiriləcək sammitdə konkret nəticələr əldə edəcəyimizə və yol xəritəsini hazırlayacağımıza əminəm". "Report"in verdiyi məlumata görə, bu barədə Latviyanın xarici işlər naziri Edqards Rinkeviçs Bratislavada Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticəsinə dair keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, görüşdə nazirlər mayın 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlığı müzakirə ediblər: "Biz belə qərara gəldik ki, proqramın differensiallaşmasına ehtiyac var. Bizim ümumi dəyər və hərəkət çərçivəmiz var. Lakin maraqlarımız fərqlidir və bunu nəzərə almaq lazımdır. Həmçinin proqram çərçivəsində inkişafı da unutmaq olmaz. Şərq Tərəfdaşlığı heç kəsə qarşı yönəlməyib. Bu proqram Avropa İttifaqı ilə onun tərəfdaşları arasında bir neçə sahə üzrə əməkdaşlıq yollarının tapılmasına xidmət edir". 

Son xəbərlər

Orphus sistemi