Yuxarı

​Latviya prezidenti Bakıda baş verən yanğınla əlaqədar İlham Əliyevə başsağlığı verib

Latviya bu günlərdə fikrən Azərbaycanın yanındadır

Bakı. 20 may. REPORT.AZ/ Latviya prezidenti Andris Berzinış Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar olaraq Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Report" Latviya prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Berzinış öz məktubunda ölənlərin ailələrinə və qohumlarına dərin hüznlə başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını diləyib.

"Latviya bu günlərdə fikrən Azərbaycanın yanındadır", - deyə məktubda bildirilir.

Qeyd edək ki, paytaxtın Binəqədi rayonu ərazisində baş verən yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi