Bakı. 16 mart. REPORT.AZ/ Latviya Prezidenti Raymonds Veyonis Azərbaycana işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, Latviya prezidentinin səfərinin məqsədi 5-ci Qlobal Bakı Forumunun işində iştirak etməkdir.
Bundan əlavə, R.Veyonisin Bakıda bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılır.