Latviya Azərbaycan Ali Məhkəməsinin qərarlarını alqışladı

Latviya Azərbaycan Ali Məhkəməsinin qərarlarını alqışladı Latviya Xarici İşlər Nazirliyi Azərbaycan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel tarixli qətnamələrini alqışlayır.
Xarici siyasət
25 Aprel , 2020 15:04
Latviya Azərbaycan Ali Məhkəməsinin qərarlarını alqışladı

Latviya Xarici İşlər Nazirliyi Azərbaycan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel tarixli qətnamələrini alqışlayır.

“Report” xəbər verir ki, bu barədə Nazirliyin rəsmi açıqlamasında qeyd olunur.

“Bu qərarlar Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov Azərbaycana qarşı” və “Cəfərov Azərbaycana qarşı” davalarla bağlı İlqar Məmmədovun və Rəsul Cəfərovun qeyd-şərtsiz azad edilməsi barədə verdiyi qətnamələrə uyğundur”, - açıqlamada deyilir.

Son xəbərlər

Orphus sistemi