Lapşin: “Məsuliyyətsiz hərəkətlərimə görə bir daha səmimi peşman olduğumu bildirirəm”

Lapşin: “Məsuliyyətsiz hərəkətlərimə görə bir daha səmimi peşman olduğumu bildirirəm” Əfv edilmiş Aleksandr Valeryeviç Lapşin Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
Xarici siyasət
13 Sentyabr , 2017 16:50
Lapşin: “Məsuliyyətsiz hərəkətlərimə görə bir daha səmimi peşman olduğumu bildirirəm”

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv edilmiş Aleksandr Valeryeviç Lapşin dövlət başçısına məktub ünvanlayıb.

“Report”un xəbərinə görə, sentyabrın 11-də yazılmış məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəmə Kollegiyasının 2017-ci il 20 iyul tarixli hökmü ilə mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdim. Məcəllənin 281.2-ci maddəsi üzrə ittiham üzərimdən götürülüb.

Bu gün xəbər tutdum ki, Siz mənim əfv edilməyim barədə Sərəncam imzalamısınız. Buna görə Sizə hədsiz minnətdaram. Yəqin ki, ömrümdə heç bir hadisəni bu dərəcədə səbirsizliklə gözləməmişdim.

Bir daha təkrar etmək istəyirəm ki, mən öz əməlimə görə ürəkdən peşman olmuşam. Mən Dağlıq Qarabağa səfər edəndə həmin regionda və onun ətrafında baş verən hadisələr barəsində mötəbər məlumatım olmayıb.

İndi mənim əlimdə təkzibedilməz sübutlar var ki, Qarabağ həmişə Azərbaycanın əzəli torpağı olub və olacaq. Ümidvaram ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənəcək.

Öz məsuliyyətsiz hərəkətlərimə görə bir daha səmimi peşman olduğumu bildirirəm. Mənim işimə münasibətdə göstərdiyiniz humanistliyə görə çox sağ olun.

İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına üzün ömür, cansağlığı, daha artıq firavanlıq və işğal edilmiş ərazilərinizin tezliklə azad olunması arzularımı bildirim.

Son xəbərlər

Orphus sistemi