Küveytin "Əl-Cəridə" qəzeti: Azərbaycan ildən-ilə daha da inkişaf edir

Küveytin "Əl-Cəridə" qəzeti: Azərbaycan ildən-ilə daha da inkişaf edir Bakı. 11 mart. REPORT.AZ/ Küveytin gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik Əl-Cəridə qəzetində Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə Mən Azərbaycan haqqında nə bilirəm yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi sərlövhəli məqaləsi dərc olunub.
Xarici siyasət
220
11 Mart , 2018 13:17
Küveytin Əl-Cəridə qəzeti: Azərbaycan ildən-ilə daha da inkişaf edir

Bakı. 11 mart. REPORT.AZ/ Küveytin gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik "Əl-Cəridə" qəzetində Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə "Mən Azərbaycan haqqında nə bilirəm" yazı müsabiqəsinin qalibi Omar Əl-Həbibin "Azərbaycan.... Avropanın inkişafı və Asiyanın dirçəlişi" sərlövhəli məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etməsi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Şərqi Avropa və Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilməsi qeyd edilib.

Məqalədə Azərbaycanın ərəb və Şərqi Avropa ölkələrindən fərqi vurğulanır.

"Azərbaycan fərqlidir və möhtəşəmdir. Azərbaycan 27 il bundan öncə öz müstəqilliyini əldə etməsinə baxmayaraq, qısa müddət ərzində ən inkişaf etmiş ölkələrdən birinə çevrilib, ölkədə sabitlik və milli birliyə nail olunub. Azərbaycan ildən-ilə daha da inkişaf edir", - deyə müəllif qeyd edib. 

Son xəbərlər

Orphus sistemi